Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Evdar qadın olan "kişi" 150 kişi ilə yatağa girdi - VİDEO

İnternetdəki pornoqrafik və tanışlıq saytlarında özünü "evdar qadın" kimi təqdim edən, qadın alt paltarında, makiyajlı fotolarını yayan 32 yaşlı "kişi" 600 kişi ilə yatağa girib, bu zaman "eşq səhnə"lərini gizli kameralarla çəkib.

Daha sonra isə o, həmin videoları yaratdığı pornoqrafik sayta yükləyib.

Mynews.az bildirir ki, olay ABŞ-ın Mayami şəhərində baş verib. Şəhər polisi 33 yaşlı Brayan Deneomustyeni həbs edib.

Transseksual olan B. Deneomustye 150 kişi ilə cinsi əlaqələrinin gizli kameralarla, "müştəri"lərdən gizli çəkilmiş videolarını internetdə yaymaqda suçlanır.

O, həmin videoları yaratdığı "StraightBoyz" adlı sayta yerləşdirib.

Belə videoların sayının 600 olduğu deyilir.

Sosial şəbəkələrdə "susanleon33326" niki ilə qeydiyyatdan keçən və özünü "Syuzan Leon" adlandıran Brayan Deneomustye internetdə tanış olduğu, bəlli məbləğ müqabilində yatağa girdiyi müştərilərini "Homestead Reserve Air Base" aviabazasının yaxınlığındakı evində qəbul edib.

Onun müştəriləri arasında ABŞ Hərbi-Hava Qüvvələrinin zabitləri də olub.

Evindəki "eşq seansı" zamanı müştərinin gözlərini bağlayan transseksual bu minvalla qurbanının çəkilişini ondan xəbərsiz aparıb.

Deneomustyenin izinə polis təsadüfən düşüb. Houmsted sakinlərindən biri 17 yaşlı oğlunun evə qayıtmaması barədə polisə məlumat verib. İlkin məlumatlara görə, həmin gənci son dəfə "Floridian" otelində görmüşdülər.

Otelə yollanan polis zabitləri nömrələrdən birində gənci tapıblar. Huşsuz vəziyyətdə yataqda olan gəncin yanında qadın alt paltarı geyinmiş B.Deneomustye vardı. O, kiçik videokamera ilə çəkiliş aparırdı.

Polis Deneomustyenin evində axtarış aparanda isə onun iki noutbukunda yüzlərlə pornoqrafik video tapılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...