Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İmamı məsciddə qadınla tutdular: - "Təmizlik edirdik, çox yorulduq..."

Türkiyənin Manisa bölgəsində çalışan imam Əyyub Ö-nün məsciddə Suriyalı bir qadınla tutulduğu iddia edilib.

Mynews.az xəbər verir ki, şikayət üzərinə gələn polisləri 40 dəqiqə qapıda saxladan imamın daha sonra saxlanıldığı bildirilib.

Manisa Müftisi Sinan Dünya hadisə haqqında təhqiqat başlanıldığını söyləyib. Manisa Manşet qəzetində yer alan iddiaya görə, Salihlidə imamlıq edən Əyyub Ö. zöhr namazını qıldırdıqdan və camaatın getməsindən sonra Suriyalı bir qadını məscidə gətirib. Vəziyyətin nə olduğunu anlayan insanlardan bir neçə nəfər dərhal polis çağırıb. Camaatın məscid ətrafında toplaşmasından sonra 5 avtomobil və 3 motosikletli polis qrupu əraziyə gəlib. Məscidi açarla kilidləyən imam 40 dəqiqə ərzində polislərə qapını açmayıb. Polisin israrından sonra əvvəl suriyalı, daha sonra isə imam Əyyub Ö. qapını açaraq məsciddən çıxıb.

Suriyalı qadın “təmizlik edirdik, çox yorulduq” desə də, imamın narahat halı gözlərdən qaçmayıb. Hadisədən sonra polis idarəsinə aparılan imam və qadından izahat alınıb və sərbəst buraxılıblar. İmamın daha əvvəl də yardım bəhanəsi ilə bir neçə dəfə suriyalı qadının evinə getdiyi bildirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...