Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İŞİD Mərkəzi Asiyada xilafət yaratmaq istəyir

İŞİD terror təşkilatı Mərkəzi Asiyada xilafət yaratmağı planlaşdırır və bunun üçün yatmış hücrələrin aktivləşdirilməsinə başlayıb. 

Mynews.az TASS agentliyinə istinadla xəbər verir ki, bu fikirləri MDB-nin Antiterror Mərkəzinin sədri Adrey Novikov deyib. 

Onun sözlərinə görə, İŞİD-in planları uzunmüddətli xarakter daşıyır və təkcə Qırğızıstanı deyil, bütün Mərkəzi Asiya regionunu təhdid edir. 

Qırğızıstan baş nazirinin müavini Jeniş Razakov əlavə edib ki, Əfqanıstandan gələn terror təhlükəsi güclənir, çünki terrorçular Mərkəzi Asiya ölkələrinə keçirlər. 

“Ən narahatedici fakt ondan ibarətdir ki, terrorçular Əfqanıstanın şimalından Mərkəzi Asiyaya keçmək cəhdlərindən əl çəkmirlər”, - Razakov bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...