Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin yeni rəhbəri məlum oldu

ABŞ Senatı sabiq senator Deniyel Koutsu (Dan Coats) Milli Kəşfiyyat İdarəsinin rəisi vəzifəsinə təsdiqləyib.

Mynews.az  bu barədə RİA Novosti-yə istinadən xəbər verir. 

Senatda keçirilən səsvermə nəticəsində 73 yaşlı D.Kouts bu vəzifəni tutub. Kouts on ildən çox Senat üzvü olub. Ondan əvvəl isə dörd il Nümayəndələr palatasının üzvü olub. Kouts Senatın kəşfiyyat üzrə xüsusi komitəsinin üzvü vəzifəsini də daşıyıb. O, Kiçik Corc Buşun prezidentliyi dövründə ABŞ-ın Almaniyadakı səfiri olub.

ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin rəisi, Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosu daxil olmaqla ABŞ-ın 17 xüsusi xidmət orqanının fəaliyyətini əlaqələndirir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...