Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xaçkar orda - Xaçkar burda: Rusiyanın erməniləşdirilməsi başlayıb

Ermənilər dünyanın müxtəlif şəhərlərində dostluq simvolu kimi Xaçkarlar quraşdırırlar, sonra isə nəvələri deyirlər ki, bu, onların əraziləridir: “Baxın, burada bizim ulu babalarımız olub”.

Rusiya torpaqlarının erməniləşdirilməsinin ilk mərhələsi başlayıb. Söhbət ermənilərin dostluq simvolu kimi qələmə verdikləri daşlardan gedir. 

Hər ilin oktyabrında ermənilər Yerevan şəhərinin yaradılması gününü qeyd edir və burada “qədim” daşlara əsaslanaraq, Urartudakı Erebuni qalası ilə bağlı müxtəlif nağıllar uydurur və  guya paytaxtlarının tarixinin buradan gəldiyini bildirirlər. 

Tarixçi Rizvan Hüseynovun sözlərinə görə, arxeoloji qazıntılara marağın artması Yerevanda da şəhərin tarixi ilə bağlı erməni saxtakarlıqlarının ilk cücərtilərinin ortaya çıxmasına səbəb olub.

Bu gün ermənilər dünyanın müxtəlif yerlərində tapılmış “qədim” daşlara əsaslanaraq, bildirirlər ki, 301-ci ildə ilk olaraq xristianlığı dövlət dini kimi qəbul ediblər. 

Misirdəki piramidalardan birində də erməni xaçı “tapılıb”. Uzun illər erməni diasporu bütün dünyadakı piramidaların erməniləşdirilməsinə çalışıb. 

Və nəhayət, Xaçkarlar Dağlıq Qarabağda, Naxçıvan Muxtar Respublikasında, Gürcüstan və Türkiyədə tapılıb. Məhz Xaçkarlar... Bəs Xaçkarlar bu ərazilərdə necə peyda olub?

Ermənistanın Qafqazda dövlət kimi əsası Türkmənçay müqaviləsi ilə, Azərbaycan torpaqlarının total olaraq erməniləşdirilməsinin başlaması ilə qoyulub. Ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi ilə bağlı rus və erməni alimlərin əsərləri, tarixi xronologiyalar, Rusiya imperiyasının hərbi-siyasi elitasının çara yazdığı məktublar, şahidlərin xatirələri, rəsmi reyestrlər saxlanılıb. 

Azərbaycan torpaqlarına yerləşdirilən ermənilər müxtəlif ərazilərdə erməni xaçı ilə fərqli daşlar yerləşdiriblər. Onillər keçdikdən sonra bu daşlar “danılmaz” sübut kimi təqdim edilir. 

Oxşar əməllər Naxçıvan, Gürcüstan və Türkiyədə törədilib. 

BİZİM SƏHVİMİZ

Ermənilərə bu cür daşları yerləşdirməyə imkan verən ulu babalarımız düzəlməz səhvə yol veriblər. İndi bu əməllər Rusiyada təkrarlanır. Ayıq olun!

İş burasındadır ki, Rusiyanın Serpuxov şəhərinin rəhbərliyi vətəndaşların fikrini öyrənmədən hansı heykəlin haraya və nə vaxt yerləşdirilməsinə özləri qərar verir. Və yaxın vaxtlarda rəhbərliyin belə bir addımı cəmiyyətdə milli zəmində gərginlik yarada bilər.

Sentyabrın əvvəlində məlum olub ki, Serpuxov tarix mərkəzində haqsız öldürülən bütün qurbanların xatirəsinə xaçkar qurmaq istəyirlər. 

Bu ilin yayında Rusiyada erməni birliyinin vitse-prezidenti, professor German Ananyants Serpuxov rəhbərlərinə müraciət edərək, uzun əsrlik dostluq, rus və erməni xalqları arasındakı qardaşlıq və İkinci Dünya Müharibəsində ölənlərin xatirəsinə erməni xaç-daşının qoyulmasını xahiş edib.

Baxın, nə qədər dəlillər var – dostluq, xalqların qardaşlığı və ən müqəddəsi – İkinci Dünya Müharibəsində ölənlərin xatirəsinə... Bu təklifi necə rədd etmək olar?!.

Gözlənildiyi kimi, Serpuxov şəhər administrasiyası “diqqətli” şəkildə bu təklifi müzakirə edərək, abidənin Tulsk küçəsində qoyulmasına qərar verdi. 

TƏLƏ

Lakin hər şey kağız üzərində hamar görünə bilər. Nəyə görəsə dostluq abidəsinin üzərində “erməni soyqırımı”nın törədildiyi “1915” tarixi yazılıb. 

Bu günlərdə sosial şəbəkədə Serpuxovdakı Azərbaycan diasporunun fəalıGündüz Musayevin videobəyanatları yayımlanıb. O, meriyanın abidə ilə bağlı qərarından narazılığını ifadə edib: 

“Əgər söhbət rus və digər xalqların dostluğundan gedirsə, onda buna müvafiq heykəllər qoymaq lazımdır”.

İcmalçı Fuad Abbasov bu məsələ ilə bağlı şəxsən şəhər rəhbərliyinə müraciət edib:

“Dmitri Vyaçeslavoviç Jarikov, bu müraciət sizə ünvanlanır. Öz regionunuzda təxribata icazə verməyin. Üzərində “1915” tarixi yazılmış xaçkarın qoyulması ilə regionunuzda sülh və sakitlik pozula bilər, çünki burada çox sayda türkdilli xalq yaşayır.

Və mən Serpuxov şəhər administrasiyasının müvafiq bölmələrini xəbərdar etmək istəyirəm ki, onlar da təxribatların qarşısını almaq üçün addımlar atmalıdır. Xəbərdarlıq edirik ki, əgər bu abidə qoyulsa, bu, birbaşa təxribat, Rusiya qanunvericiliyinin pozulması olacaq”. 

Göründüyü kimi, xaçkar ictimai fikirləri parçalayan daş ola bilər. Onun peyda olması isə cavabdan çox suallar doğuracaq. 

Həm Ermənistandan, həm də Azərbaycandan buraya gələnlərə tolerant münasibət bəsləyən Serpuxov şəhərinin yerli sakinləri mövcud problemlərə daha birinin əlavə olunmasını və burada müxtəlif diasporlar arasında qarşılıqlı münasibətlərin gərginləşməsini istəməzlər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...