Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gürcüstanda dünyasını dəyişən azərbaycanlı tələbənin ölüm səbəbi bilindi - FOTO

Xəbər verdiyimiz kimi, "Sağlam Düşüncə" Gənclər Təşkilatının İdarə heyətinin üzvü Zeynəb Vəlizadə 21 yaşında vəfat edib.

Hadisə Gürcüstan Respublikasında baş verib. Belə ki, xanım Vəlizadə qonşu ölkədə keçirilən təlimdə iştirak etmək üçün oraya gedib.

Ötən gün axşam saatlarında Z.Vəlizadənin vəziyyəti qəfil pisləşib və onun həyatını xilas etmək olmayıb.

Mərhumun rəfiqəsi Fidan sosial şəbəkədə Zeynəbin zəhərlənərək öldüyünü bildirib.

Qeyd edək ki, Z. Vəlizadə 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. Bakı Mühəndislik Universitetin (keçmiş "Qafqaz") tələbəsidir.

Gürcüstanın Daxili İşlər Nazirliyi isə faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi üzrə cinayət işi açıb. Z.Vəlizadənin meyiti ölüm səbəbinin müəyyən olunması üçün ekspertizaya göndərilib. (report.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...