Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kriminal avtoritet olan atalarını öldürən 3 bacı azadlığa buraxıldı

Moskvanın Basmannı məhkəməsi 57 yaşlı erməni kriminal avtoritet Mixail Xaçaturyanı öldürən 3 doğma qızının azadlığa buraxılması barədə qərar qəbul edib.

Mynews.az-ın “Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, tədqiqatçıların tələbi ilə proses bitmiş elan edilib, tərəflər etiraz etməyiblər.

Bacılara gecələr yaşayış yerini tərk etmək, müstəntiq və qohumlarından başqa tanımadığı şəxslərlə əlaqə saxlamaq qadağan edilib. Hətta bacılara bir-biri ilə ünsiyyətdə olmaq, mobil telefondan və internetdən istifadə də 28 dekabra kimi yasaqlanıb.

Xatırladaq ki, M. Xaçaturyan bu il iyulun 27-də 17,18 və 19 yaşındakı doğma qızları Angelina, Kristina və Mariya tərəfindən qətlə yetirilib. Onun boynu və bədəninin digər nahiyələri kəsilmiş-deşilmiş olan cəsədi çoxmərtəbəli binanın girişində tapılıb. Şübhəli kimi saxlanılan bacılar cinayəti etiraf ediblər. Onlar atalarının təzyiqlərindən təngə gəldiklərini bildiriblər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...