Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiya və Ermənistan genişmiqyaslı təlimlərə başladı

Ermənistanın Baqramyan poliqonunda Rusiyanın bu ölkədəki və Ermənistan silahlı qüvvələrinin batalyon taktiki qruplarının iştirakı ilə ikitərəfli batalyon taktiki təlimlərinə start verilib.

Mynews.az TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyevməlumat verib. 

“Xalqlararası təlimlər zamanı motoatıcı bölmələrin komandirləri artilleriya, tank, kəşfiyyat, mühəndis, aviasiya və rabitə bölmələri ilə birlikdə şərti düşmənin axtarışı, mühasirəyə alınması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirəcək”.

Təlimlərə iki ölkənin 1000-dən çox hərbçisi, təxminən 200 ədəd xüsusi hərbi texnika cəlb edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...