Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İndoneziyada dağılmış məbəddən 34 uşağın cəsədi tapılıb

İndoneziyanın Sulavesi adasında dağılmış məbəddən 34 uşağın cəsədi tapılıb.

Mynews.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Məlumata görə, məbəd bir neçə gün bundan əvvəl baş vermiş zəlzələ nəticəsində dağılıb.

Qeyd edilir ki, təbii hadisə nəticəsində ölənlərin sayı 1500 nəfərə yaxınlaşır. Lakin bu rəqəm də hələ son deyil. Xilasedicilər dağıntıları təmizləyirlər, ancaq texnika kifayət etmir. Məlumata görə, ölənlərin sayı arta bilər.

Bir sıra yaşayış məntəqələri yer üzündən silinib, bəzi rayonlarla hələ də əlaqə yoxdur. Onların sakinlərinin yaşayıb-yaşamaması hələ məlum deyil. Xilasedicilər və hərbçilər zərərçəkənləri təhlükə mənbəyindən təxliyə edirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...