Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Spirtli içki qurbanlarının sayı 42-yə çatıb

İranda əldəqayırma saxta spirtli içki qurbanların sayı 42 nəfərə çatıb. 

Mynews.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü İrəc Hərirçi jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, son üç həftədə saxta və əldəqayırma alkoqollu içkilərdən zəhərlənən 460 nəfər tibb mərkəzlərinə müraciət edib:

“Həmin şəxslərdən 42-si həyatını itirib, 16-sı görmə qabiliyyətini itirərək kor olub, 170 nəfərin isə böyrəyində ciddi problemlər yaranıb”. 

Nazirlik nümayəndəsi qeyd edib ki, saxta içkilərdən ölən və ya zəhərlənənlər, əsasən, Hormozqan, Şimali Xorasan, Fars, Kohkiluye və Boyer Əhməd və Əlbürz əyalətlərində yaşayan vətəndaşlardır. O əlavə edib ki, ölənlərin ən cavanı 19 yaşlı bir qız, ən yaşlısı isə 57 yaşı olan bir kişidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...