Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkmənistanda müəllimlər metal tullantıları yığır

Türkmənistanın Daşoğuz vilayətində məktəb müəllimləri və kənd təsərrüfatı sahəsinə aid təşkilatların əməkdaşlarına metal tullantıları yığmaq tapşırılıb.

Mynews.az xəbər verir ki, onların hər biri dövlət metallurgiya zavodu üçün 200 kiloqram metal yığmalıdır.

Yerli hakimiyyət orqanları müvafiq təşkilatlara bu göstərişi sentyabr-oktyabr ayları üçün nəzərdə tutulan plan qismində göndəriblər. 

Bildirilir ki, müəllimlər işdən sonra metal tullantıları yığmaqla məşğuldurlar. Bəzi müəllimlər bu işə şagirdləri də cəlb edirlər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...