Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistan parlamenti Paşinyana “yox” dedi

Ermənistan parlamentinin bugünkü iclasında dörd fraksiyadan üçü növbədənkənar seçkilərin 2019-cu ilin yazında keçirilməsini dəstəkləyiblər. 

Mynews.az xəbər verir ki, bununla bağlı “İnterfaks” məlumat yayıb. 

Bildirilib ki, Respublika, “Daşnaqsütyun” və “Çiçəklənən Ermənistan” partiyaları baş nazir Nikol Paşinyanın növbədənkənar seçkilərin bu ilin dekabrında keçirilməsi ilə bağlı təklifinə qarşı çıxıblar. Bu vəziyyətdə onlar onlar hökumət rəhbəri postuna öz namizədlərini irəli sürməyə hazır olmayacaqlar.

Yalnız Paşinyan tərəfindən yaradılmış “Mülki müqavilə” partiyası, “İşıqlı Ermənistan” və Respublika Partiyaları tərəfindən qurulmuş “Yelk” fraksiyası növbədənkənar seçkilərin ilin sonunadək keçirilməsi təklifini qəbul edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...