Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prokurorluq azərbaycanlı ilə rusiyalını “boşadı”

Azərbaycan Respublikasının vətəndaşı Rusiyanın Saratova şəhər sakini ilə saxta nikaha girib. Buna səbəb azərbaycanlının vətəndaşlıq məsələsinin həll edilməsi olub. 

Mynews.az xəbər verir ki, bununla bağlı Saratov vilayətinin prokurorluğu məlumat yayıb. 

Məlumatda bildirilib ki, prokurorluq araşdırma apararkən bu məsələni aşkar edib. Cütlük 2012-ci ilin noyabrında saxta nikaha giriblər. Bundan sonra 38 yaşlı azərbaycanlı 31 yaşlı “arvadı”nı işlə təmin edib. 

Prokurorluq məsələ ilə bağlı məhkəməyə müraciət edərək, nikahın qeydiyyatının ləğv edilməsini istəyib. Məhkəmə bu tələbi yerinə yetirib. (oxu.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...