Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ İranla sazişi ləğv edir

ABŞ İranla dostluq haqqında 1955-ci il müqaviləsini ləğv edir. 

Mynews.az xəbər verir ki, bunu ABŞ baş katibi Mayk Pompeo bildirib. 

Bu qərar BMT Beynəlxalq Məhkəməsinin İranın ABŞ-a qarşı iddiasını qismən təmin etməsindən sonra qəbul olunub. Məhkəmə qərarında qeyd olunur ki, Vaşinqton 1955-ci ildə İranla imzalanan dostluq müqaviləsinin müddəalarını pozur.

Qeyd edək ki, ABŞ İrana qarşı sanksiyaları bərpa edəcəyini bəyan etdikdən sonra Tehran BMT Beynəlxalq Məhkəməsində iddia qaldırıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...