Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Paşinyan: Azərbaycanın qarşısını kəsəcəyəm

Azərbaycan heç vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hətta müşahidəçi üzvü belə olmayacaq və Ermənistan buna icazə verməyəcək. 

Mynews.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə keçirilən hökumət saatında Respublika Partiyasından olan deputat Armen Aşotyanın sualına cavab verərkən deyib. 

O qeyd edib ki, KTMT-yə yeni üzvün qəbulu konsensusla həll edilir, Azərbaycanın bu təşkilata üzvlüyü məsələsində Ermənistanın mövqeyi ilə bağlı danışmaq artıqdır. 

“Ermənistan heç vaxt buna razı olmayacaq”, - Paşinyan bildirib. 

O əlavə edib ki, Azərbaycanın KTMT-yə üzvlüyü ilə bağlı söhbətlər əsassızdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...