Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avropa İttifaqının səfiri İraqda zəhərləndi

Avropa İttifaqının səfiri Ramon Blekua İraqın Bəsrə şəhərində içməli suyun çirklənməsi nəticəsində zəhərlənib. 

Mynews.az xəbər verir ki, o, bununla bağlı “Twitter” hesabında məlumat yayıb. 

Qeyd edilib ki, oktyabrın 4-ü səhər saatlarında diplomat özünü pis hiss edib və bir neçə görüşü təxirə salıb. UNİCEF-in həkimi ona zəhərlənmə diaqnozu qoyub. 

Səfir bildirib ki, indi yerli sakinlərin içməli su problemini daha yaxşı anlayır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...