30 yaşlı jurnalist zorlanaraq qətlə yetirilib - FOTO - FOTOLAR
Bolqarıstanın Ruse şəhərində 30 yaşlı araşdırmaçı jurnalist Viktoriya Marinovanın meyiti Dunay çayı sahildəki meşə zolağından tapılıb.
Mynews.az "report"-a istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının fərziyyəsinə görə, teleaparıcı başından aldığı zərbə və boğulma nəticəsində dünyasını dəyişib, ölümündən öncə isə cinsi təcavüzə məruz qalıb.
Qadın jurnalistin meyitini yoldan keçən şəxs aşkar edib və dərhal bu barədə polisi məlumatlandırıb. Cəsədindən bir neçə metr aralıda Marinovanın şəxsi əşyaları olub, yaxınlıqda isə avtomobili park edilib. Asayiş keşikçiləri qadının mobil telefonunu və maşının açarlarını tapmayıblar.
İstintaq onun ölümü ilə bağlı bir neçə versiyanı, həmçinin peşəkar fəaliyyətini nəzərdən keçirir. Marinova Avropa İttifaqı fondlarından pul vəsaitlərinin oğurlanmasının araşdırılması üzərində işləyib.
Eyni zamanda qətlin motivləri onun peşəsi ilə əlaqəli olmaya da bilər, çünki cinayət yeri yaxınlığında psixiatriya xəstəxanası var.
ATƏT-in azad mətbuat işləri üzrə rəhbəri Harlem Dezir artıq jurnalistin qətlinə münasibət bildirib. Təşkilatın press-relizində bildirilir ki, o, baş verənlərdən heyrət içindədir və cinayətin diqqətlə araşdırılmasını tələb edir.
Dünya
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
- İranda məktəbli oğlan anasının baş örtüyü ilə özünü asdı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 981 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 952 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 942 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 941 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 939 dəfə oxunub