Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gənc azərbaycanlı Rusiyada kotecləri qarət edib

22 yaşlı Azərbaycan vətəndaşı Tümendə üç kotecdən 730 min rubldan çox (11 min dollardan çox - red.) pul oğurlamaqda ittiham edib. 

Mynews.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bununla bağlı Tümen vilayətinin prokurorluğu məlumat yayıb. 

İstintaq materiallarına görə, gənc oğlan 2018-ci ilin mayında ana və qardaşı ilə Tümenə köçüb. Anasının və Türkiyədən olan sevgilisinin hesabına yaşayıb - O, heç vaxt işləməyib və kotecləri qarət etmək qərarına gəlib. 

İyunun 28-dən iyulun 4-dək üç evi pəncərədən daxil olma yolu ilə qarət edib. O, bu evlərdən “Cartier” saatlarını, zinət əşyalarını, “iPad 3”, “iPhone 5”, “iPhone 6S”, “Nokia 8800”, pul və bahalı konyaklar oğurlayıb. 

Qarətdən sonra o, Başqırdıstan Respublikasındakı qohumlarının yanına gedib. O, avqustda Srelitamakda saxlanılıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...