Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Minlərlə insan sudan zəhərləndi

İraqın Bəsrə vilayətində 111 min insan keyfiyyətsiz içməli sudan zəhərlənib.

Mynews.az-ın xəbərinə görə, bu barədə bazar ertəsi TASS nəşri yerli KİV-ə istinadən məlumat yayıb.

Zərərçəkmişlər arasında Avropa İttifaqının İraqdakı səfiri Ramon Blekuada var.

Avqustun əvvəllərində cənub vilayəti içməli su çatışmazlığı və elektrik enerjisinin təchizatında fasilələrin yaranması ilə üzləşib. Nəticədə, yerli sakinlər etiraz aksiyalarına çıxıblar. 

Mitinqlərdə baş verən toqquşmalar zamanı 10-a yaxın insan ölüb, siyasi partiyaların ofisləri, dövlət televiziya və radio yayımının baş qərargahı yandırılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...