Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Səudiyyə Ərəbistanı jurnalistin ölümünü etiraf etdi

Səudiyyə Ərəbistanı Türkiyədəki konsulluqda münaqişə səbəbindən jurnalist Camal Kaşıkçının ölümünü təsdiqləyib. 

Mynews.az xəbər verir ki, bununla bağlı “Reuters” agentliyi ölkənin baş prokurorluğunun bəyanatına istinadla məlumat yayıb. 

Səudiyyə Ərəbistanı rəhbərliyi kəşfiyyat xidmətinin əməkdaşı Əhməd Assirini istefaya göndərib və onu kral sarayının müşaviri statusundan məhrum edib. Baş prokurorun sözlərinə görə, vəliəhd şahzadəsinin müşaviri Səud əl-Kaxtani də vəzifəsindən azad edilib.

Səudiyyə tərəfinin məlumatlarına əsasən, Kaşıkçı konsulluqda görüşdüyü insanlar tərəfindən öldürülüb. Onların dəqiq kimliyi açıqlanmır. Faktla bağlı 18 nəfər saxlanılıb. 

Oktyabrın 19-da ABŞ prezidenti Donald Tramp etiraf edib ki, itkin düşmüş səudiyyəli jurnalist ölüb.

Kaşıkçı oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...