Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şoyqu: Suriyada İŞİD tamamilə məhv edilib

Rusiyanın dəstəyi ilə Suriyada üç il ərzində keçirilən əməliyyatlar nəticəsində İŞİD terror qruplaşması tamamilə məhv edilib.

Mynews.az-ın məlumatına görə, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.

“Ümumilikdə əməliyyatlar zamanı 87,5 min yaraqlı zərərsizləşdirilib, 1411 yaşayış məntəqəsi və Suriya ərazisinin 95 faizi azad edilib” , - o deyib.

Nazir qeyd edib ki, Suriya Hərbi Qüvvələri hazırda 90 faiz əhalinin yaşadığı əraziyə nəzarət edir.

“Rusiya Hərbi-Kosmik Qüvvələri əməliyyatlar zamanı 40 mindən çox uçuş, o cümlədən 21 gecə uçuşu həyata keçirib. Bu uçuşlar zamanı terrorçuların 122 min obyekti məhv edilib”, - deyə Şoyqu bildirib.

Sonda nazir əlavə edib ki, BMT-nin məlumatına əsasən, Suriyanı müharibəyə görə yeddi milyon insan tərk edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...