Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərdoğan Kaşıkçıya görə Trampa zəng etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.

Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, danışıqların əsas mövzusu Səudiyyə Ərəbistanının Ankaradakı konsulluğunda müxalif jurnalist Camal Kaşıkçının qətli olub. 

Liderlər bu hadisənin bütün aspektlərinin dəqiqləşdirilməli olduğunu vurğulayıb. 

Bundan başqa, prezidentlər Suriyadakı vəziyyəti, terrorçuluqla mübarizəni və ikitərəfli əlaqələri müzakirə ediblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...