Bordo beretlilər İŞİD "əmir"ini tutub Türkiyəyə gətirdi
Əl Bab-da 20 yanvar günü Türkiyə ordusunun şəhidlərinin qisası alınıb.
Bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
O hücumdan düz 2 gün sonra kəşfiyyat terrorçuların yerini təsbit edib, xüsusi təyinatlılar hərəkətə keçərək, 20 yanvar gecəsi türk hərbçilərinə qarşı xain hücum təlimatını verən İŞİD "əmir"ini ələ keçirib.
Qeyd edək ki, İŞİD-in 20 yanvar gecəsi terror hücumu zamanı 5 hərbçi - Emre Doruk, Bahattin Mis, Səlim Topal, Ramazan Daşqın və Mete Can - şəhid olub, 9 əsgər isə yaralanıb.
Partlayışın ardından TSQ tərəfindən bölgədə geniş miqyaslı əməliyyat başladılıb. F-16-lar tərəfindən bölgədə təsbit edilən İŞİD hədəflərinə bombalar yağdırılıb. Ümumilikdə 21 hava zərbəsi nəticəsində 46 İŞİD terrorçusu məhv edilib, 16-sı isə yaralanıb.
İŞİD "əmir"inin yeri kəşfiyyat əməliyyatı nəticəsində 48 saata müəyyən edilib. Əməliyyat üçün TSQ-nin göz bəbəyi olan xüsusi təyinatlılar (bordo beretlilər) təlimatlandırılıblar. Basqın şəklində həyata keçirilən əməliyyat hərəkat mərkəzindən də canlı olaraq izlənilib. Terror əmrini verən İŞİD "əmir"i sağ ələ keçirilərək Türkiyəyə gətirilib.
Hal-hazırda onun dindirilməsi davam edir.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1159 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1065 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 997 dəfə oxunub