Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şaqqalara ayrıldığı deyilən jurnalistin cəsədi tapılıb

Oktyabrın 2-də vəhşicəsinə qətlə yetirilmiş 59 yaşlı səudiyyəli jurnalist Camal Haşoqqinin cəsədi Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun ərazisində tapılıb.

Mynews.az xəbər verir ki, bu barədə Vətən Partiyasının lideri, Doğu Perincek televiziya verilişində məlumat verib. Onun sözlərinə görə, C.Haşoqqinin cəsədi konsulluğun həyətindəki quyudan çıxarılıb.O, bu məlumatı hüquq mühafizə orqanlarında çalışan etibarlı mənbədən aldığını və məlumatın yəqin ki, yaxın zamanda rəsmən açıqlanacağını qeyd edib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...