Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kaşıkçı olayında daha bir ŞOK! - Konsulluğun həyətində olan quyuda nə var?

Səudiyyə Ərəbistanının Baş Prokurorluğu jurnalist Camal Kaşıkçının qətli ilə bağlı açıqlama yayıb.

Mynews.az xəbər verir ki, prokurorluq Türkiyədən gələn məlumatları və dəlilləri gözdən keçirdiyini bəyan edib. Səudiyyə Ərəbistanının baş prokuroru Suud Mucebin sözlərinə görə, qətldə şübhəli bilinən şəxslərin cinayəti əvvəlcədən planlaşdırdığı qənaətinə gəlinib. 

Prokuror onu da əlavə edib ki, həqiqət ortaya çıxana qədər şübhəlilərə qarşı aparılan araşdırmalar davam edəcək.

Bu arada Türkiyə hüquq mühafizə orqanları Camal Kaşıkçının qətli ilə bağlı konsulluğun həyətində yerləşən su quyusuna baxmaq istəyib. Səudiyyə tərəfi quyuya baxmağa icazə verməsə də, su quyuusndan nümunələr götürülməsinə razılıq verilib. Türkiyə polisinin quyuya baxış keçirilməsinə icazə verilməməsi böyük şübhələr yaradıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...