Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qaşıqçının nişanlısı canlı yayımda gizlinləri açdı - " Telefonu mənə verib..." -VİDEO

Türkiyədə qətlə yetirilən ərəb jurnalist Camal Qaşıqçının nişanlısı canlı yayımda maraqlı faktları açıqlayıb.

Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Haticə Cengiz nişanlısı ilə son görüşündən danışıb.

"O gün heç həyəcanlı deyildi. Konsulluğa getdik, bu dəfə heç gözləmədik. Telefonları mənə verib, "burada məni gözlə" deyərək getdi", deyə o canlı yayımda baş verən olaydan danışıb.

Camal Qaşıqçı konsulluğa niyə gedibmiş?

Nişanlısı bununla bağlı suala da aydınlıq gətirib.

"Türkiyənin yerli qanunları var.Burada ailə həyatı qurmaq üçün evli olmadığına dair sənəd təqdim edilməlidir. Bu sənədi almaq üçün Fatih Bələdiyyəsinə getdik. Oradan bizi Səudiyyə Ərəbistanının İstanbulda yerləşən konsulluğuna göndərdilər. Camal bəy ora getmək istəmirdi. Qorxurdu ki,onu öz ölkəsinə qayıtmağa məcbur edərlər.", deyə o bildirib. 

Haticə Cengiz canlı yayımda Qaşıqçı ilə tanışlığının tarixçəsindən də danışıb. O, toya hazırlaşdıqlarını da canlı yayımda açıqlayıb. Daha ətraflı videonu təqdim edirik: 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...