Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

10 nəfərin meyiti tapıldı, biri körpədir - VİDEO

Xilasedicilər İndoneziyanın Yava adasının qərb sahilində "Boeing" tipli sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən 10 nəfərin, o cümlədən körpənin meyitini aşkar ediblər.

Mynews.az TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı ölkənin milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Sayuqi bildirib.

"Dalğıclar ölən 10 nəfərin meyitini tapıblar, onların arasında bir körpə var. Bundan əlavə, göyərtədə olanların bədənlərinin hissələri ilə dolu daha 14 kisə sahilə gətirilib", - deyə "The Straits Times" nəşri məmurun sözlərini sitat gətirib.

Polis yaxın saatlarda ölənlərin qohumlarından götürülmüş DNK nümunələri əsasında qalıqların kimə məxsus olduğunu müəyyən edəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...