Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qaşıqçının öldürülməsi ilə bağlı sensasion səs yazısı: - "Boğmayın, asma xəstəsiyəm"

Türkiyə mətbuatı qətlə yetirilən ərəb jurnalist Camal Qaşıqçı ilə bağlı sensasion məlumat yayıb.

Mynews.az xəbər verir ki, Habertürkün yazarı Sevilay Yılman Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Haspelə səs yazısının dinlədildiyini yazıb. Jurnalsitin iddiasına görə, Camal Qaşıqçı həmin səs yazısında "Etməyin, ağzımı bağlamayın!", deyərək kömək istəyib.

Konsulun otağında necə öldürülüb? 

Habertürkün yazarı daha sonra Camal Qaşıqçının öldürülməsi səhnəsi ilə bağlı hüquq mühafizə orqanlarından əldə etdiyi faktları qeyd edib. O,yazıb ki, Camal Qaşıqçı baş konsulun olduğu otaqda boğularaq öldürülüb. Əldə olan səs yazılarına görə, həmin vaxt Qaşıqçı "Etməyin,ağzımı bağlamayın. Asma xəstəsiyəm!", deyərək qışqırmağa başlayıb. Daha sonra Qaşıqçının səsi gəlməyib. Həmin vaxt otaqda olan digər şəxs Qaşıqçını boğan şəxsə "Yaxşı sıx,yaxşı sıx torbanı!" sözlərini deyib. Bütün bunlar əldə olunan səs yazılarından məlum olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...