Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Netanyahudan Qaşıqçı cinayəti barədə ilk açıqlama

İsrailin baş naziri Benyamin Netanyahu İstanbul baş konsulluğunda qətlə yetirilən jurnalist barədə ilk dəfə açıqlama verib.

Mynews.az Milli.Az-a.istinadən xəbər verir ki, baş nazir İstanbulda Səudiyyəlilər tərəfindən törədilən cinayəti qınayıb, amma bölgədəki, xüsusən də Səudiyyə Ərəbistanındakı sabitliyin qorunmasının vacibliyini vurğulayıb.

"İstanbul konsulluğunda baş verənlər dəhşətvericidir və məsələ lazımı şəkildə həll olunmalıdır. Amma eyni zamanda da Səudiyyədə sabitliyin qorunması dünya üçün vacibdir".

Krayova forumu üçün Bolqarıstana gedən Netanyahu orada Bolqarıstan, Yunanıstan, Rumınya və Serbiyanın prezidentləri ilə görüşüb.

Bölgədəki əsas problemin İran olduğunu söyləyən Netanyahu bildirib ki, Fransada İran tərəfindən iki dəfə terror aktı təşkil olunub.

Xatırladaq ki, "The Washington Post"da Səudiyyə Ərəbistanı əleyhinə yazılar yazan Camal Haşoqqi oktyabr ayının 2-də Səudiyyənin İstanbul baş konsulluğunda boğularaq öldürülüb, cəsədi şaqqalanıb.

Hadisədən 1 ay keçməsinə baxmayaraq onun cəsədi tapılmayıb. Səudiyyə jurnalistin planlı şəkildə öldürüldüyünü etiraf edib və bildirib ki, 18 nəfər həbs olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...