Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Taksi sürücüsünün çənəsini sındırmış məşhur futbolçunun həbsi qüvvəyə mindi

Danimarka millisinin və Norveçin “Rusenborq” klubunun futbolçusu Niklas Bendtner barəsində 50 günlük həbs qərarı çıxarılıb.

Mynews.az xəbər verir ki, futbolçu bu qərardan apellyasiya şikayəti verməyəcək. Bu barədə dünən Kopenhagen əyalət prokuroru məlumat verib:

“Futbolçu öz şikayətini geri götürür. Kopenhagen Respublika Prokuroru apellyasiya şikayətinin təmin edilməsi üçün kifayət qədər səbəb olmadığı qənaətindədir. Ona görə də qərar qüvvəyə minir”.

Onun 50 gününü həbsxanada keçirib-keçirməyəcəyi bilinmir. Amma Danimarkada altı aydan az həbs cəzası çıxarılanda həmin şəxs elektron nəzarət altında da ola bilər. 

Qeyd edək ki, Bendtner bu ayın əvvəlində taksi sürücüsü 4.8 dollar tələb etdiyindən, onu döymüşdü. Bu döyülmə nəticəsində sürücünün çənəsi sınmışdı. Oyunçu isə bunu özünü müdafiə məqsədi ilə etdiyini bildirmişdi.

Onu da bildirək ki, “Arsenal” və “Yuventus”un sabiq hücumçusu əvvəllər də qalmaqal yaşayıb. O, 2012-ci ildə Danimarka millisi ilə qol vurarkən reklam məqsədi ilə alt paltarını nümayiş etdirdiyi üçün cəzalanıb və 80 min avroluq cərimələnib.

2014-cü ildə isə Kopenhagen taksilərindən birinə sərxoş halda minən Niklas Bendtner şalvarını çıxararaq cinsiyyət orqanını kənardakı insanlara göstərərək onları təhqir etmişdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...