Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azyaşlı qız uşağını zorlayan məşhur musiqiçi həbs edildi

Məşhur musiqiçisi İbrahim Maalouf həbs edilib.

Mynews.az Ölkə.az-a istinadən xəbər verir ki, İbrahim 14 yaşlı qız uşağını zorladığı üçün barəsində həbs qərarı verilib. 

Hadisə Fransanın Kreteyl şəhərində baş verib. Məhkəmə 14 yaşlı qız uşağını zorlamaqda ittiham edilən musiqiçi barəsində həbs qərarı çıxarıb və 20 min avro cərimə kəsib.
Maalouf isə hakim qarşısında ittihamları qəbul etməyib. Elvis Kostello, Silviya Şvrarts və Stinq kimi dünya ulduzları ilə məşhur layihələrə imza atan İbrahim trompet ustası Nassim Maalouf və pianoçu Nadya Maaloufun oğludur. 15 yaşından musiqi karyersına başlayıb.

Paris konservatoriyasında klassik musiqi tələbələrinə dərs deyir. Bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...