Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gürcüstan ilk qadın prezidentini seçdi

“Gürcü Arzusu” Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili prezident seçkilərinin qalibi olub.

Mynews.az oxu.az-a istinadən xəbərinə görə, bu barədə Gürcüstan Seçki Komissiyası səslərin 99,7 faizinin hesablanmasından sonra məlumat yayıb.

MSK-nın məlumatına əsasən, Zurabişviliyə seçicilərin 59,56 faizi səs verib. Onun rəqibi, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,44 faizinin səsini qazanıb.

Zurabişvili Gürcüstanın yeni tarixində ilk qadın prezidentdir. O, Parisdə gürcü miqrantların ailəsində dünyaya gəlib. 

Bundan əvvəl, “Gürcüstanın yolu” partiyasının rəhbəri olub, həmçinin Gürcüstan xarici işlər naziri və Fransanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...