Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Meyiti tapılan məşhur cütlüyün ölüm səbəbi bilindi

İnstaqram fenomeni olan 23 yaşlı Mişel Avila və 20 yaşlı Kristian Kentin meyiti ABŞ-ın Kaliforniya ştatındakı evlərində tapılıb.

Mynews.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, cütlüyün antibiotik dərmanla birlikdə spirtli içki qəbul etdikdən sonra zəhərlənərək öldükləri üzə çıxıb.

Mişel və Kristian "Orange County" bölgəsində yaşayırdılar və çəkdikləri fotoları ilə İnstaqram fenomeninə çevrilmişdilər. Mişelin anası səhər saatlarında cütlüyü bir-birlərini qucaqlamış formada meyitlərini aşkar edib. İddiaya əsasən, cütlük ölmədən əvvəl bir qonaqlıqda iştirak ediblər. Onlar antibiotik dərman qəbul etsələr də, qonaqlıqda çoxlu spirtli içki içiblər. Dərmanla spirtli içkinin mədədə qarışması onların zəhərlənməsinə səbəb olub və cütlük dünyasını dəyişib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...