Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kainat gözəli 20 yaşına bir gün qalmış öldü - FOTOLAR

“Miss gənc Kainat-2017” gözəllik müsabiqəsinin qalibi Lotte van der Zeye 19 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

Bu haqda onun valideynləri qızın “Instagram” səhifəsində yazıb.

“The Sun” nəşrinin informasiyasına görə, insident Avstriyanın Vestendorf kurortunda qeydə alınıb. Holland model orada ailəsi ilə istirahət edirmiş.

Valideynlərinin dediyinə görə, ölümündən bir gün qabaq Lotte dostları ilə görüşüb, evə qayındanda heç bir şikayəti olmayıb.

Lakin gənc model sabahı gün səhər yeməyinə çıxmayıb və valideynləri onu yoxlamaq qərarına gəliblər. Qızı otağında halsız vəziyyətdə aşkarlanıb. Bir müddət sonra Lottenin ürəyi dayanıb.

İlkin yardımdan sonra onu səyyar süni tənəffüs aparatına qoşaraq Münhendəki xəstəxanaya aparıblar. Həkimlərin səylərinə baxmayaraq gənc model vəfat edib.

Tibbi ekspertlər ürək çatışmazlığına nəyin səbəb olduğunu öyrənməyə çalışır.

Qeyd edək ki, model bir gün də yaşasaydı 20 yaşı tamam olacaqdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...