Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Amerikalı müğənni klip çəkilişində özünü güllələdi - VİDEO

Amerikalı 35 yaşlı kantri müğənnisi Castin Karter ehtiyatsızlıq nəticəsində tapança ilə özünü güllələyib. 

Bu haqda The Sun nəşri məlumat yayıb.

Bədbəxt hadisə Hyüstonda, klip çəkilişləri zamanı baş verib. Musiqiçi rekvizit qismində istifadə olunan tapançanın tətiyini çəkib. Silahın içində patron olduğundan, açılan güllə onun başına tuş gəlib və müğənni yerindəcə keçinib.

Qeyd edək ki, iki azyaşlı qızı olan müğənni yaxın zamanda ABŞ-ın 10 ştatında konsert verməyi planlaşdırıdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...