Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İtmiş uşaq timsahın qarnından çıxarıldı - VİDEO

Ötən həftə günorta saatlarında evdən çıxaraq yaxınlıqdakı Dande çayına çimməyə gedən 8 yaşlı Akkim Masevo itkin düşmüşdü. Valideynləri və kənd sakinləri onu nə qədər axtarsalar da, tapa bilməmişdilər.

Dünənsə Akkim tapılıb. Daha doğrusu, onun vücudunun qalıqları adamyeyən timsahın qarnından çıxarılıb.

Mynews.az Bulawayo24-ə istinadən bildirir ki, qorxunc olay Zimbabvenin şimalındakı Maşonalend əyalətində, Mbire bölgəsindəki Muvhundika kəndində yaşanıb.

Kəndin kənarındakı çayda yaşayan və son vaxtlar ev heyvanları yeməyə dadanan timsahı kəndlilər güllələyərək öldürüblər.

Timsahın qarnı yarılanda isə orada A.Masevonun cəsədinin qalıqları aşkarlanıb.

Qalıqların məhz A.Masevonun cəsədinin parçaları olduğunu oğlanın atası, 56 yaşlı Vision Masevo təsdiqləyib.

Bu yaxınlarda Maşonalend-İst vilayətindəki Beatrice kəndində ovçuların öldürdükləri timsahın qarnından kişi cəsədinin qalıqları tapılıb. Həmin şəxs itkin düşmüş balıqçı idi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...