Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ananın müdhiş cinayəti - 5 günlük körpəni...

Türkiyədə ana 5 gün öncə dünyaya gətirdiyi körpəsini xəstəxanalıq edib.
 
İstiPress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, tükürpədici hadisə Ədirnədə baş verib. 22 yaşlı qadın yenidoğulan körpəsini döyüb. Buna səbəb isə onun ağlaması olub.
 
Məlumata görə, qadın 5 günlük qızını yedizdirən zaman onu qucağından salıb. Bu zaman körpə ağlamağa başlayıb. Qadın körpəni susdura bilmədiyi üçün onu döyməyə başlayıb. Səsi eşidən əmi uşağı xilas edərək dərhal polisə məlumat verib. Evə gələn polis uşağın üzündə dırnaq, bədənində döyülmə izləri görüb və təcili yardım çağırıb. Uşaq xəstəxanaya yerləşdirilib. 
 
Prokurorluq körpənin dövlət himayəsinə verilməsi haqda qərar verib. Ana ilə bağlı araşdırma başlayıb. 
 
Məhkəməyə çıxarılan qadının yeni doğuş etdiyi, tikişlərinin qanama riski olduğu üçün evində qalmasına qərar verilib. Lakin körpə həyatını itirərsə ana sağalması gözlənilmədən ədliyyəyə gətiriləcək.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...