Menstruasiya olduğuna görə sinifdən qovulan qız özünü öldürdü

Keniyada dəhşətli hadisə baş verib.
Mynews.az haberler-ə istinadla xəbər verir ki, Keniyanın paytaxtı Nayrobi şəhərinin qərbində yerləşən Kabiangek vilayətində 14 yaşlı məktəbli qız özünü öldürüb.
14 yaşlı qız mensturasiya olduğuna görə sinifdən qovulduğu üçün canına qəsd edib. Adı açıqlanmayan qızın anası mətbuata açıqlama verərək qızının məktəbdən gəldikdən sonra özünü öldürdüyünü söyləyib.
O bildirib ki, qızı ilk dəfə mentruasiya olub və yanında hər hansı bez olmadığına görə məktəbli forması ləkələnib. Bunu görən müəllim qızı oğlanların arasında biabır edib, təhqiredici və alçaldıcı ifadələr işlədib. Dərsdən evə qayıtdıqdan sonra başına gələnləri anasına danışan yeniyetmə qız fürsət tapan kimi özünə qəsd edib.
Hadisə ölkədə rezonans doğurub. 200-ə yaxın valideyn məktəbin həyətinə yığışaraq etiraz aksiyası keçiriblər. Polis etiraz aksiyasını yatırmaq üçün bibər qazından istifadə edib. Aksiyaya görə 5 nəfər saxlanılıb.
Dünya
- 20 yaşlı qızı öldürən şəxsdən şok açıqlama - "Peşman deyiləm"
- İtkin düşən modelin çimərlikdə meyiti tapıldı
- Azyaşlını bədənindən “cin çıxararkən” döyüb öldürdülər
- Avtomobil şəhərin ortasında qaynar suya batdı - Ölənlər var - VİDEO
- Bir ailənin dörd üzvü TIR-ın altında əzilib öldü
- Bakirə olmayan qızlar kişiləri toy gecəsi belə aldadırlarmış
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Dəhşətli qəzada ölənlər maşından belə çıxarıldı - VİDEO 552 dəfə oxunub
- Bakıda piyada özünü maşının qarşısına atdı - DƏHŞƏTLİ HADİSƏ - VİDEO 552 dəfə oxunub
- Bakıda metro yaxınlığında qan töküldü - Orta yaşlı qadın bıçaqlanaraq öldürüldü - FOTOLAR 200 dəfə oxunub
- Qışın ilk ayında neçə gün dincələcəyik? 197 dəfə oxunub
- Abşeronda gənci ürəyindən güllələdilər 195 dəfə oxunub