Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avtomobillə qızları əzib keçən sürücünün səbəbi dəhşətə gətirir - FOTO - "26 ildir bakirəm"

"Düşünürəm ki, vəzifəmin öhdəsindən layiqincə gəlmişəm".

Mynews.az xarici mətbuata istinadla bildirir ki, bu sözləri avtomobili ilə 10 piyadanı əzib keçən sürücü ifadə verərkən söyləyib.

2018-ci ilin aprel ayının 23-də baş verən dəhşətli hadisə ilə bağlı tükürpədən faktlar üzə çıxıb. Sözügedən tarixdə şəxsi mikroavtobusu ilə piyadaların üstündən qəsdən keçən sürücünün ifadə anının görüntüləri yayılıb.

O, ifadəsində vəzifəsinin öhdəsindən layiqincə gəldiyini söyləyib və bildirib ki, uzun müddətdir ki "insel" qrupunun üzvüdür.

Avtomobili ilə 10 nəfəri öldürən erməni əsilli 26 yaşlı Alek Minassiyan insanların üstünə hücum etmə səbəbi kimi özünün bakir olmasını göstərib. O, bildirib ki, qızlar tərəfindən rədd edildiyinə görə bu vaxta qədər sevgilisi olmayıb və kimləsə cinsi münasibət yaşamayıb.

Xatırladaq ki, belə bir hadisə ABŞ-da bir dəfə də baş verib. 22 il qızlarla münasibəti olmayan Elliot Rodgerl tanımadığı 6 nəfəri qətlə yetirib.

Qeyd edək ki, insel qadınlarla münasibəti alınmayan oğlanlara aid edilən neologizmdir. İnsellər qadınlarla uğurlu münasibət yaşayan kişilərə və onlara rədd cavabı verən qadınlara nifrət edirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...