Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vəhhabilərin hücumuna məruz qalmış qızcığaz - Nolar qıçımı kəsməyin. Axı oynamaq istəyəcəm… - VİDEO

, Suriyada Bəşər Əsəd dövlətinə qarşı vuruşan vəhhabi terrorçular illərdir Fuə və Kəfəriya şəhərini öz mühasirələrində saxlayıblar. Şəhər əhalisi mühasirə nəticəsində ağır günlər yaşayır. Bu şəhərlərdəki uşaqların illərdir meyvə üzünə həsrət qaldığı deyilib. Terrorçular ara-sıra bu iki şəhərə hücumlar edirlər. Hazırkı videoda vəhhabilərin hücumu nəticəsində yaralanmış körpə qızcığaz həkimlərin onun qıçını kəsəcəyini zənn edir və bu sözləri deyir:

“İstəyirəm oynamağa gedəm. Xahiş edirəm qıçımı kəsməyin. Ana, qoyma qıçımı kəssinlər. Axı oynamaq istəyəcəm.”

Qeyd edək ki, Hələb şəhərindəki vəhhabi terrorçular Suriya ordusuna məğlub olarkən dünya mediası terrorçulara dəstək olaraq Hələbə kömək istədilər və Hələbdə terrorçuların məhv edilməsini “insan qətliamı” adlandırdılar. Lakin Fuə və Kəfəriya şəhərlərində illərdir zülmə məruz qalan günahsız insanların səsini kimsə eşitmək istəmir.
Bütün bunlar onu göstərir ki, əksər dövlətləri, xüsusilə Amerika və qərb dövlətlərini maraqlandıran insan hüquqları yox, öz siyasi hədəflərinə çatmaqdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...