Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

SON DƏQİQƏ: Dəhşətli HADİSƏ - 4 bacı-qardaş eyni anda İNTİHAR ETDİ / VİDEO

İstanbulda bir ailənin 4 üzvü eyni vaxtda intihar edib.

Mynews.az redaktor.az-a istinadən xəbər verir ki, polisin ehtimalına görə, 2 qardaş və 2 bacı kimyəvi tərkibli dərmanlar qəbul edərək, həyatlarına son qoyub. Qonşular evdən sərt qoxu gəldiyi üçün və qapıda olan diqqətçəkən elana görə polisə müraciət edib.

Evdə aparılan araşdırmalardan sonra yaşları 48 ilə 60 arasında olan şəxslərin intihar etdiyi qənaətinə gəlinib. Şahidlər ölən şəxslərin psixoloji problemlərinin olduğunu irəli sürür. Ailə üzvlərinin maddi çətinlik səbəbiylə intihar etdiyi istisna edilmir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...