Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

SON DƏQİQƏ: Qardaş ölkədə DƏHŞƏTLİ HADİSƏ - Onlarla ölü, yüzlərlə yaralı var - VİDEO

Pakistanın Sind əyalətində ildırım vurması nəticəsində azı 23 nəfər həyatını itirib.

Mynews.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölənlər arasında uşaq və qadınlar da var. Məlumata görə, təbii fəlakət zamanı 100-ə qədər insan xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Bildirilir ki, şiddətli yağışlarla müşahidə olunan ildırım düşməsi zamanı meşəlik ərazidə güclü yanğın baş verib.

Nəticədə yüzlərlə heyvan tələf olub. Yerli dairələr bölgədə təcili vəziyyət elan edərək, bütün iş yerlərinin müvəqqəti bağlanması barədə göstəriş verib. Sakinlərə vacib olmadıqca iş yerlərini tərk etməmək tövsiyə edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...