Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Karantin elan olunmuş ərazilərdə insanlara zor tətbiq edirlər

Yanvarın 24-dən Çin ərazisində koronavirusla bağlı karantin elan edilib. Ölümcül virusun yayılmasının qarşısını almaq üçün ölkədə tədbirlər görülür.

Mynews.az Oxu.Az-a istinadla xəbər verir ki, sosial şəbəkədə karantin qaydalarına tabe olmayan insanlara qarşı zor tətbiq edilməsi barədə videolar yayımlanıb.

Videodakı görüntülərdən məlum olur ki, qarşı çıxan insanları zorla təcili yardım maşınlarına mindirir və xəstəxanalara aparırlar.

Karantin və fövqəladə vəziyyət elan olunan Vençjou şəhərində insanlara iki gündə bir dəfə evdən çixmağa icazə verən vərəqələr paylayırlar.

İçan şəhərində isə polis zabitinin arxasında, divarda qırmızı rəngli plakatda “Evdən çıxsanız, ayaqlarınızı qıracağıq! Mübahisə etsəniz, vurub dişlərinizi tökəcəyik!” – yazılıb.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...