Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xəzər suları “qana” boyandı, insanlar qorxuya düşdü - VİDEO

Xəzər dənizinin sahilinin al qırmızı rəngə boyanması yerli sakinləri qorxuya salıb.

Mynews.az “Ölkə.Az”-a istinadla xəbər verir ki, hadisə Qazaxıstanın cənub-qərbində baş verib. Bu barədə məlumatı "Xabar24" telekanalı yayıb.

Ekoloqlar isə Aktau sakinlərini sakitləşdirərək vəziyyətin qorxulu olmadığını bildiriblər. Mütəxəssislər Xəzərin qırmızı rəngə boyanmasının səbəbini rəngli yosunların bol çiçəkləmə zamanı suyun səthinə çıxması ilə əlaqələndirib.

Ekologiya Departamentinin Laboratoriya-Analitik Nəzarət bölməsinin bildirib ki,  bu hal 2017 və 2018-ci illərdə də baş verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...