Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kişi 25 yaşlı sevgilisinin dərsini soyub, daxili orqanlarını unitaza tökdü

Meksikada törədilən ağılasığmaz qətl hadisəsi ölkədə rezonans doğurub.

Mynews.az xarici mətbuata istinadla xəbər verir ki, Mexikoda yaşayan 46 yaşlı Erik Francisco Robledo 25 yaşlı sevgilisi Ingrid Escamilla Vargas-ı yaşadığı evdə vəhşicəsinə qətlə yetirdiyini etiraf edib.

O bildirib ki, sevgilisi ilə mübahisə yaranan zaman qız onu 3 yerindən bıçaqlayıb. Qızın əlindən bıçağı götürən Erik onun cəsədini hissələrə ayırıb, dərsini soyub, bağırsaqlarını unitaza buraxıb.

Qonşular kişinin üzü-gözünün qan içində qaldığını gördükdə polis və həkim çağırıblar.

"Biz mübahisə etdiyimiz əsnada qız məni öldürmək istədiyini dedi. Mən də bıçağı əlinə tutdurub, "öldür" dedim", - Erik polisə ifadəsində söyləyib.

"Onun əlindən bıçağı alıb qızı öldürdüm. Sonra da cəsədini parçalayıb, kanalizasiyaya atdım ki, kimsə bilməsin. Çünki çox utanırdım", - qatil davam edib.

Milli.Az qatilin və qurbanın fotolarını təqdim edir

:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...