Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Altımərtəbəli bina belə çökdü - ANBAAN VİDEO

Türkiyənin Elazığ vilayətində 4,2 bal gücündə baş verən zəlzələ zamanı altımərtəbəli bina çöküb. 

Bu barədə “Hurriyet” xəbər yayıb.

Bildirilir ki, bundan əvvəlki zəlzələdə həmin bina zərər gördüyü üçün sakinlər evlərindən çıxarılmışdı.

Xatırladaq ki, bu gün yerli vaxtla 14.42-də Türkiyənin Elazığ vilayətində zəlzələ baş verib.

Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyinin məlumatına görə, Sivrice rayonunda baş verən zəlzələ 4.2 bal gücündə olub. Kandilli Rəsədxanası isə zəlzələnin gücünü 4.5 bal olaraq açıqlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...