Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

25 yaşlı tibb bacısı Nərgiz Xanəlizadə koronavirusdan öldü - İranda

İranda tibb bacısı koronavirusdan ölüb.  

Mynews.az baku.ws-ə istinadla xəbər verir ki, bu barədə İranın ILNA xəbər agentliyi yazıb.

Gilan əyalətinin Lahican şəhər xəstəxanasında çalışan 25 yaşlı Nərgiz Xanəlizadənin koronavirus infeksiyasından öldüyü bildirilsə də, testin nəticəsi hələlik məlum deyil.

Xatırladaq ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur ölkədə 19 nəfərin koronavirusdan öldüyünü bildirib. Onun sözlərinə görə, İranda 44 yeni yoluxma faktı qeydə alınıb və bununla da koronavirus diaqnozu qoyulanların sayı 139 nəfərə çatıb. K.Cahanpur deyib ki, hazırda ölkə ərazisində 1 383 nəfər koronavirusa yoluxmaqda şübhəli bilinir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...