Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Koronavirus daha bir ölkədə qeydə alındı

Portuqaliyada ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb. 

Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, COVİD-19 İtaliyadan Portuqaliyaya qayıdan kişidə aşkarlanıb. 60 yaşlı şəxs fevralın 29-da tibb işçilərinə müraciət edib.

Bundan əlavə, ilkin analizlər bir müddət əvvəl İspaniyanın Valensiya şəhərində işgüzar səfərdə olan başqa bir kişinin də virusa yoluxa biləcəyini göstərib. Hazırda həkimlər yenidən diaqnoz qoyurlar.

Qeyd olunur ki, hər iki kişi Portuqaliyanın şimalındakı Porto şəhərində yaşayır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...