Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Uşaq 16 saat koronavirusdan ölən anasının cəsədi ilə tək qalıb

Azyaşlı uşaq 16 saat ərzində koronavirusdan ölən anasının cəsədi ilə tək qalıb.

WGXA telekanalının məlumatına görə, hadisə ABŞ-ın Corciya ştatında qeydə alınıb.

Məlumata görə, “Piedmont Newnan” xəstəxanasında mama-ginekoloq kimi çalışan 42 yaşlı qadın evində ölü tapılıb. Ölümündən əvvəl onun COVID-19-a yoluxmaya görə, verdiyi testin cavabı pozitiv çıxıb.

Baş vermiş hadisə ilə əlaqədar tibb müəssisəsinin bütün işçiləri və pasiyentlər yoluxma riski ilə bağlı xəbərdar ediliblər.

O da vurğulanıb ki, ölən qadın COVID-19 xəstələri ilə təmasda olmayıb.

Qeyd edək ki, mütəxəssislərin fikrincə, tənəffüs aktivliyi olmadığı üçün ölmüş adamdan koronavirus yoluxmur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...