Ermənistan ordusunda koronavirus yayıldı
Ermənistanı bürümüş COVİD-19 virusu işğalçı ölkənin ordusunda da yayılıb.
Erməni KİV-i xəbər verir ki, hərbçilərdən birinin ailəsində təhlükəli virusa yoluxma halı qeydə alınıb. Bundan sonra onlarla əlaqədə olmuş hər kəs nəzarətə götürülüb.
Erməni mənbələri bildirir ki, artıq üç erməni hərbçi də nəzarət altındadır, onlar koronavirusla bağlı testdən keçirilib. Bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan təsdiqləyib.
Ş.Stepanyan bildirib ki, hərbçi ailəsində koronavirusa yoluxma faktı aşkarlandıqdan sonra müqaviləli xidmət keçən həmin hərbçi ilə kontaktda olmuş daha üç hərbi qulluqçu nəzarətə götürülüb.
Bundan əlavə, onların xidmət keçdiyi bölük heyət də nəzarətə alınıb və özünütəcrid qərarı verilib.
Ermənistan Müdafiə Nazirliyi iddia edir ki, hərbçilər eyni hərbi hissədə və qeyri-döyüş şəraitində xidmət keçirlər.
Son məlumata görə, Ermənistanda 265 koronavirusa yoluxma halı qeydə alınıb.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 908 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 593 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 584 dəfə oxunub